Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2024 , 08:25

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Ötən il  Gəncə bələdiyyələri  əmlak vergisini həcmini  17.4 faiz artırıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Gəncə şəhərində formalaşan 3 bələdiyyənin büdcə gəliri 1.578.900 manat olub. Bu 2022-ci llə müqayisədə 21.1 faiz çox deməkdir. Yəni 2022 –ci ildə üç bələdiyyənin birgə büdcə gəliri 1.303.400 manat olub.

Əldə edilən gəlirin 39.2 faizi vergilərdən, 60.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 12.3 faizi torpaq, 26.9 faizi əmlak vergisindən daxil olub.

Gəncə bələdiyyələrinin büdcə gəlirinin 48.1 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. İl ərzində bələdiyyələrə 118.800 manat dotasiya ayrılıb. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan 28.600 manat,  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən 1600 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər